Mülki əhali Afrini tərk edir

Türkiyə Silahlı Qüvvələrinin anti-terror əməliyyatı keçirdiyi Suriyanın Afrin şəhərində mülki vətəndaşlar evlərini tərk edir.
 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, PKK-YPG və İŞİD terrorçuları əleyhinə təşkil edilən əməliyyatda TSQ və Azad Suriya Ordusu iştirak edir. Afrin şəhər mərkəzinə sadəcə 1,5 km məsafə qalıb.
 
Çəkilən fotolarda mülki vətəndaşların əşyaları ilə birlikdə ərazini tərk etdiyi görünür. Əhali Afrinin cənubuna, Manbic və Bəşər Əsəd nəzarətində olan Nubul və  Zəhra bölgələrinə doğru hərəkət edirlər.