EURO : 1,8744 TRY : 0,2954 USD : 1,7 RUB : 0,0266
Müdafiə Nazirliyində yaradılan yeni şöbənin fəaliyyət istiqamətləri açıqlanıb

Müdafiə Nazirliyində yaradılan yeni şöbənin fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Müdafiə Nazirliyində yeni yaradılan Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin fəaliyyət istiqamətləri açıqlanıb.

 

Şöbənin müdiri Zümrüd Səmədova deyib ki, şöbənin fəaliyyət dairəsinə Müdafiə Nazirliyinin Aparatı, qoşun növləri, qarnizon, birlik, birləşmə və hissələr, xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hissə və bölmələr, müəssisə və təşkilatlar daxildir.

 

Onun sözlərinə görə, şöbə hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, ailə-məişət problemlərinin öyrənilməsi və yaranan çətinliklərin vaxtında həlli, xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş və sağlamlığını itirmiş hərbi qulluqçuların ailə üzvlərinə qayğı, gənc və çoxuşaqlı hərbi qulluqçu ailələrinə dəstək və digər məsələlərdə komandanlığa və rəhbərliyə köməklik göstərir.

 

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmr ilə yaradılan Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbə nazirliyin Şəxsi Heyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərir.

Facebook