Müdafiə Nazirliyi son rəqəmi açıqladı: 2841 hərbçi dəfn olunub

Müdafiə Nazirliyi son rəqəmi açıqladı: 2841 hərbçi dəfn olunub

"Onların fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi dərc olunub"

Yanvarın 11-dək Azərbaycanda 2841 hərbçi dəfn olunub.

Azərbaycan Müdafiə Nazirliyi onların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat yayıb.

Bu barədə məlumat yayan nazirlik itkin düşmüş hesab olunan 64 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında da məlumatı saytına yerləşdirib.

Qeyd olunub ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Nazirlik sonuncu dəfə bu barədə dekabrın 28-də məlumat yayıb.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Facebook