Müdafiə Nazirliyi: İki hərbçimiz şəhid oldu

Müdafiə Nazirliyi: İki hərbçimiz şəhid oldu

5 əsgərin yaralandığı bildirilir

Tovuz istiqamətində edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri iki əsgərini itirib, 5 nəfər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərindən istifadə edir.

“Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”.

Müdafiə Nazirliyi bildirib ki, görülən adekvat tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib:

“O, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb”.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin atəşkəsi pozduğunu, itkilər verərək geri çəkildiyini deyir. Ermənistan tərəf itki vermədiyini bildirib.

Facebook