Müdafiə Nazirliyi: Ermənistana məxsus pilotsuz uçuş apartı vurmuşuq

Hadisə Tərtər yaxınlığında olub

İyunun 21-i axşam saatlarında Ermənistana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, cəbhənin Tərtər istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Tərəflər bir-birlərini, bir qayda olaraq, atəşkəs pozuntularında ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.