Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.
 
Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Ermənistan tərəfinin yaydığı məlumat yalandır.
 
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun ermənilərə məxsus yük avtomobilini atəşə tutması barədə məlumat yayıb.