Mübariz İbrahimov haqqında yeni film çəkiləcək

Yaxın zamanlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatına həsr olunmuş film çəkiləcəyi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, sözügedən filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Türkiyənin “Renk Media” şirkəti çəkəcək. Filmin heyətində həm azərbaycanlı, həm də türkiyəli aktyorlar olacaq.

Sponsorluğunu azərbaycanlı biznesmen Fərhad Əhmədovun üstləndiyi filmin rejissoru Ali Kayğısız olacaq.