Mübahisə zamanı xəsarət alan şəxs dünyasını dəyişib

Mübahisə zamanı xəsarət alan şəxs dünyasını dəyişib

Lənkəranda mübahisə zamanı xəsarət alan 51 yaşlı kişi dünyasını dəyişib.

Rayonun Kənarmeşə kəndində fəaliyyət göstərən çayxanada Mail Mirzəağa oğlu Heydərovla bir nəfər arasında mübahisə yaranıb.

Mübahisə zamanı Seydəkəran kənd sakini olan 1970-ci il təvəllüdlü Mail adlı şəxs müvazinətini itirərək yıxılıb və başından zədələnib. O, aldığı xəsarətdən yerindəcə keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Facebook