MTN polkovnikinə 4 il həbs verildi

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə hörə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Əsgərov M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılmalıdır.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək M.Əsgərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.