MTN polkovniki cəzaçəkmə müəssiəsinə göndərildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin rəisi olmuş Vüsal Ələkbərov ona verilmiş 5 illik həbs cəzasını 9 saylı cəzaçəkmə müəssisəsində çəkəcək.

Gununsesi.info xəbər verir ki, sabiq MTN polkovniki artıq Kürdəxanıdakı stintaq təcridxanasından həmin cəzaçəkmə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, V.Ələkbərov rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, adamların qanunsuz həbs eilməsi və ya həbs hədəsilə onlardan pul alınması kimi ittihamlarla həbs olunub. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirilib. V.Ələkbərovun polkovnik rütbəsi alınıb, özünün və yaxınlarının adına olan bir sıra əmlakları müsadirə edilib. Lakin onun qanunsuz həsb edib və ya hədə-qorxu gəlib pul aldığı adamlara dəymiş ziyan ödənilməyib. Zərərçəkmişlər pulları qaytarılmadığına görə məhkəmənin qərarından narazı qalıblar.