Məsud Bərzani kürdləri aksiya keçirməyə çağırdı

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Kürd Regional Rəhbərliyi (İKRR) başçısı Məsud Bərzani ABŞ və Avropada yaşayan kürdlərdən bölgə üzərindəki sanksiyaların götürülməsi üçün qanuni və dinc aksiyalar təşkil etmələrini istəyib. Bu barədə Bərzaninin ofisindən yazılı açıqlama verilib.

Açıqlamada, "ABŞ və Avropada yaşayan kürdləri xalqımıza dəstək üçün qanuni və dinc aksiyalar, dinc tədbirlər həyata keçirməyə çağırıram. Üzərimizdəki blokadanın götürülməsi üçün yaşadığınız ölkələrin vətəndaşlarından kömək istəyin", - deyə bildirilib. Bu prosesdə kürd diasporuna mühüm bir məsuliyyət düşdüyü bildirilən açıqlamada "İKRR-in məzlum səsini və xalqımızın sülh mesajını bütün dünyaya çatdırmaq istəyirəm", - sözləri qeyd olunub.