Məşhur müğənni izdihamda öldü - FOTO
- 31.10.2022 10:19:24
- MƏDƏNİYYƏT
Cənubi Koreyada baş verən izdihamda Kpop ifaçısı və aktyor Li Ci Han da vəfat edib.
24 yaşlı sənətçi oktyabrın 29-da Seulun mərkəzində baş verən kütləvi izdihamın qurbanlarından biri olub.
Sənətçi ilk dəfə Produce 101 hit realiti-şousunun ikinci mövsümündə iştirak etməklə məşhurlaşmışdı. O, aktyorluq karyerasına 2019-cu ildə “Namhyuns Today Was Another Day” serialında çəkilməklə başlamışdı.
Xatırladaq ki, Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində “helloween” bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 154-ə çatıb, 133 nəfər isə yaralanıb.