Məscidin minarəsindən insanlara atəş açdı - Foto

Türkiyənin Bursa şəhərində Küba məscidində Murad Tahsin adlı şəxs tüfənglə minarəyə qalxıb və ətrafdakılara atəş açıb.

Teleqraf.com xəbər verir ki, bank borcunu ödəyə bilmədiyi üçün barəsində həbs cəzası istənilən həmin şəxs həbsxanaya düşmək istəmədiyi üçün sərt addım atmalı olub.

“Uşaqlarımın anası yoxdur. Yaxında ataları da olmayacaq. Buradan mənim cəsədim çıxacaq”, deyə M.Tahsin qeyd edib.

Silahlı şəxs tutularaq polis bölməsinə aparılıb.