Məsciddə partlayış baş verdi

Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Nigeriyanın şimal-şərqində məsciddə törədilən partlayış nəticəsində azı 10 nəfər həyatını itirib.

Bu barədə "France Press" yerli hakimiyyətə istinadən məlumat yayıb. Agentliyin məlumatına əsasən, hadisə bu gün səhər saatlarında Mayqduri şəhərində baş verib. Partlayıcı qurğunu qadın terrorçu kamikadzenin işə saldığı bildirilir.

"Törədilən partlayışda azı 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb", - deyə Borno ştatının fövqəlada hallar agentliyinin rəhbəri Əhməd Satomi bildirib. Satominin sözlərinə görə, terrorçu kamikadze məscid qarşısında yoxlama zamanı mühafizəçilərdən qaçaraq, özünü partladıb. Eyni gündə digər iki terrorçu kamikadzelər isə təhlükəsizlik qüvvələri tərəfindən zərəsizləşdirilib.