Məsciddə 645 dəfə Azan qadağan olunub

İşğalçı sionist rəsmiləri 2017-ci ildə  ən az 645 dəfə müxtəlif bəhanələrlə  İbrahim Əl-Xəlil məscidində Azan verilməsinə qadağa qoyub.  Bunu Fələstin dini işlər və vəqflər naziri Yusif İdis deyib. 
 
“Memo” xəbər saytına istinadən bildirilir ki,  Y.İdis deyib ki,təkcə dekabr ayında  53 dəfə azan verilməsi qadağan olunub.  Bu müsəlmanların dini azadlıq hüquqlarının pozulması və İslami müqəddəslərə təcavüzdür. 
 
Y.İdis Əl-Xəlil şəhərində sionistlərin dini məkanlara təcavüzlərinin artması təhlükəsi ilə bağlı xəbərdarlıq edib və bildirib ki, bu addımlar İslami məkanların nəzarətdə saxlamaq məqsədi ilə atılır.