Məscid imamı ibadət edərkən bıçaqlandı

Türkiyə mediasına istinadən xəbər verilir ki, hadisə dünən axşam namazı zamanı baş verib. Təzəşəhər rayonunda yerləşən Kanal məscidinin imamı Osman Dəniz axşam namazının ardınca zikr etməyə başlayıb.

Bu zaman bir şəxs imamın yanına gələrək ona bıçaqla vurmağa başlayıb. 20 bıçaq zərbəsi alan imam hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Diyarbəkir xəstəxanasına yerləşdirilib. Reanimasiyada olan imamın vəziyyəti ağırdır. Din xadimini vurmaqda günahlandırılan şəxs isə qısa müddətdə tutularaq polis bölməsinə aparılıb.