Məscidə bomba atdılar - Foto

“Associated Press”-ə istinadən verilən xəbərə əsasən, ABŞ-ın Minneapolis şəhərində yerləşən məscidlərdən birində partlayış baş verib.

Məlumata görə, şənbə günü səhər saatlarında naməlum şəxs müsəlmanların “Dar əl-Faruq” mədəniyyət mərkəzinə kustar üsulla hazırlanmış partlayıcı qurğu atıb. Cani bundan sonra hadisə yerindən qaçaraq, gizlənə bilib.

Nəticədə məsciddə yanğın başlayıb. Xoşbəxtlikdən insident zamanı heç kəs xəsarət almayıb.

Hazırda Federal Təhqiqatlar Bürosu (FTB) hadisənin araşdırılması ilə məşğuldur.

Müsəlman icması hücumda əli olan şəxslərin həbsinə səbəb ola biləcək məlumatın müqabilində 10 min dollar mükafat verəcəyini elan edib.