Mərhum jurnalist məzarı başında anıldı

Bu gün (9 avqust 2015) mərhum jurnalist Rasim Əliyevin ölümündən 2 il keçir. 

Ailəsi, həmkarları və ictimaiyyət nümayəndələri bu günü jurnalistin Mehdiabad qəbiristanlığında yerləşən məzarı başında qeyd ediblər.

Əliyev Rasim Məmmədəli oğlu 1984-cü ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə RATİ-də reportyor kimi fəaliyyətə başlayıb. 2014-cü ilin oktyabrında RATİ-nin sədri seçilib. Rasim Əliyev 2015-ci ildən ann.tv saytında çalışmağa başlayıb. O, 2015-ci il avqustun 8-də “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl” market mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və ertəsi gün “Semaşko” adına xəstəxanada vəfat edib. Onun ölüm işi üzrə 6 nəfər, o cümlədən futbolçu Cavid Hüseynovun adı keçir. C.Hüseynovun işi ayrıca icraata götürülərək Səbayel Rayon Məhkəməsində baxılıb. Mayın 31-də Səbayel Rayon Məhkəməsi C.Hüseynovu CM-in 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib. Digər beş nəfər R.Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzası alıb.

Jurnalistin döyülərək ölməsinə onun C.Hüseynov haqqında tənqidi status yazması səbəb olub.