"Məqsədimiz Azərbaycan əsgərlərini öldürüb..." - Video

Müdafiə Nazirliyi cəbhədə ələ keçirilmiş erməni kəşfiyyatçısının görüntülərini yayıb.

Görüntülərdə erməni hərbçisi Zaver Hovanis Karapetyan deyir ki, 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olub:

"Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram. Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram. Əlverişsiz hava şəraitindən yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər".

Rakurs Tv