Moskvada saxlanılan İŞİD yaraqlılarından biri terror aktı törətməyi planlaşdırırmış

Moskvada və vilayətdə saxlanılan iki İŞİD yaraqlısından biri özünü kütlə arasında partlatmağı planlaşdırırmış.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, saxlanılan şəxsin yaşadığı yerdə böyük dağıdıcı gücə malik əldəqayırma patlayıcı qurğu, onun hazırlanması üçün istifadə olunan əşyalar və komponentlər aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs özünü partlatmaq istədiyini etiraf edib.