Moskvada Putinə ‘oğru’ və ‘istefa’ deyən aksiya dağıdıldı

Moskvada Putinə ‘oğru’ və ‘istefa’ deyən aksiya dağıdıldı

Moskvanın mərkəzində yüzlərlə insan prezident Vladimir Putinə 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı verən konstitusiya dəyişikliklərinə etiraz edib.

İyulun 15-də Puşkin meydanında keçirilən aksiyada etirazçılar “Putinə istefa” və “Putin oğrudur” şüarlarını səsləndirirdilər.

 

Aksiyanın keçirildiyi əraziyə çox sayda iğtişaş polisi yeridilmişdi.

Nümayişçilər konstitusiya dəyişikliklərinə etiraz petisiyasını rəsmən imzalamaq üçün gəlmişdilər.

Sözü gedən mürtəce dəyişikliklər iyunun 25-i ilə iyulun 1-i arasında keçirilən səsvermə ilə qəbul olunub.

Bir sıra ekspertlər səsvermənin kütləvi şəkildə saxtalaşdırıldığını bildirirlər.

Konstitusiyaya təklif edilmiş dəyişikliklərdən biri də Vladimir Putinin bundan əvvəlki prezidentlik müddətlərinin “sıfırlanmasına” və onun 2024-cü ildə təkrar prezident seçkisinə qatılmasına imkan verir.

Facebook