Moskvada daha bir fəala həbs cəzası kəsildi

Moskvada daha bir fəala həbs cəzası kəsildi

Moskvada məhkəmə daha bir fəalı 27 iyul razılaşdırılmamış aksiya zamanı polisə hücumda təqsirli bilərək məhkum edib.

Dekabrın 9-da axşama yaxın Tver rayon məhkəməsi Eduard Malyshevsky-yə üç il həbs cəzası kəsib. O, polis əməkdaşını “bərk incitmək”də təqsirli bilinib.

Etiraz aksiyası zamanı polis maşına oturdulan Malyshevsky maşının yan şüşəsini qıran zaman şüşə parçası çevik polis əməkdaşına dəyib.

50 yaşlı fəal isə özünü təqsirli bilməyib, deyib ki, polis maşınının şüşəsini qıranda heç kəsi hədəfə almayıb.

Yayda Moskvada bir neçə icazəli və icazəsiz etiraz aksiyaları keçirilib. Küçələrə çıxanlar bələdiyyə seçkilərinə müstəqil və müxalifət namizədlərinin buraxılmamasına etiraz ediblər.

Onlarla fəal icazəsiz yürüşün təşkili və onda iştiraka görə ya cərimələnib, ya da həbsə məhkum edilib.

Rusiyanın təhlükəsizlik qüvvələri yürüşləri zorakılıqla dağıtdığına görə tənqid olunub.

Facebook