EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılar, ermənilər, çeçenlər və gürcülərin iştirakı ilə kütləvi qarşıdurma qeydə alınıb. Operativ.tv "Faktxeber"ə istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi məlumat yayıb. 

 

Məlumata görə, kütləvi qarşıdurmaya səbəb Bulatnikovsk küçəsində baş verən yol qəzası olub.

 

Yerli polis kütləvi davanın qeydə alındığı ərazidən bir neçə çəkic, 13 travmatik tapança gilizi, iki bıçaq və armatur parçası aşkarlayıb.

 

Qarşıdurmada iştirak edənlərdən 8 Azərbaycan vətəndaşı, 7 erməni, iki çeçen və bir gürcü saxlanılıb.

 

3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Facebook