Moqerini Əliyevlə Paşinyanın Vyanada görüşündən danışıb

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyanada keçirilən görüşünün nəticələri irəliləyişə ümid verir. FaktXəbər "TASS"a istinadən bildirir ki. bu barədə cümə axşamı Brüsseldə Avropa İttifaqı-Azərbaycan Assosiasiyası Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında Aİ diplomatiyasının rəhbəri Federika Moqerini danışıb.

"Vyanada Azərbaycan və Ermənistan liderlərinin son görüşü müsbət idi. Yanvar ayında Paris müqaviləsi ilə yanaşı, yüksək səviyyəli təmaslar, atəşkəs pozuntularının əhəmiyyətli dərəcədə azalması bizə bu prosesin irəliləyəcəyinə və hər iki ölkənin öhdəlikləri yerinə yetirəcəyinə və ön şərtlər olmadan danışıqlar aparacağına bir qədər ümid verir",-deyə Moqerini əlavə edib.