Mobil rabitə operatorlarının gəlirləri artıb

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 397,2 milyon manatlıq xidmət göstərib.
 
Trend-in məlumatına görə, göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub.
 
2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.