Mənim üçün üzülməyin, aclığı son nəfəsimə qədər davam etdirəcəyəm - Mübariz Mənsimov

Mənim üçün üzülməyin, aclığı son nəfəsimə qədər davam etdirəcəyəm - Mübariz Mənsimov

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov doğum günü münasibətilə ona təbrik ünvanlayanlara minnətdarlığını bildirib.

 

Rakurs.tv-nin xəbərinə görə, M.Mənsimovun açıqlamasında deyilir:

 

“Dəyərli böyüklərim, bacılarım, qardaşlarım, Azərbaycan və türk xalqları. Ofisimə, emailimə, sosial mediadakı hesablarıma ad günüm üçün təbrik mesajları göndərdiyinizi  vəkillərim vasitəsilə öyrəndim. Hamınızın qarşısında tək-tək baş əyirəm. Allah sizin kimi namuslu bacı-qardaşları mənə çox görməsin. Məndən xahiş edirsiniz ki, aclıq aksiyasını bitirim, bitirə bilmərəm. İstər Azərbaycanda, istərsə də Türkiyədə haqsızlığa baş əymədim, əymərəm də. Aclığı son nəfəsimə kimi davam etdirəcəm. Xahiş edirəm, məndən bunu istəməyin və mənim üçün üzülməyin. Mən hər zaman haqsızlığa qarşı savaşdım və savaşacağam” – M.Mənsimov qeyd edib.

Facebook