Məleykə Abbaszadə təhsilin keyfiyyətsizliyini etiraf etdi

Bu il keçirilən XI sinif buraxıllış imtahanlarının nəticələri təxminən 2016-cı ilin nəticələri ilə eyni səviyyədədir”.

Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

M. Abbaszadə bildirib ki, IX sinif üzrə buraxılış imtahanları isə həm forma, həm də məzmun baxımından ötən ilki imtahanlardan fərqləndiyi üçün nəticələri müqayisə etmək düzgün olmazdı: “Biz yalnız bu ilki IX sinif buraxılış imtahanının ikinci test mərhələsinin nəticələrini ötən illə müqayisə edə bilərik. Birinci mərhələnin nəicələrini müqayisə etmək mümkün deyil, çünki keçən il belə bir imtahan keçirilməyib. Deyə bilərəm ki, test imtahanlarının nəticəsi də ötən illə müqqayisədə ciddi dəyişməyib. Amma onu da qeyd etmək istəyirəm ki, IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsi nəticələri gözlənilən idi. Biz 2012-ci ildən başlayaraq monitorinq imtahanları keçiririk və həmin nəticələrə əsasən deyə bilərəm ki, müəyyən sahələrdə, xüsusilə riyaziyyat fənnindən şagirdlərdə təfəkkür tam inkişaf etməyib”.