EURO : 1,8757 TRY : 0,2945 USD : 1,7 RUB : 0,0266
Məktəblilər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər

Məktəblilər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər

Bakı şəhəri 2 saylı Texniki humanitar elmləri liseyinin şagirdləri Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər.

Burada şagirdlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, eyni zamanda şəxsi heyətin xidməti, sosial-məişət şəraiti haqqında məlumat verilib, onları maraqlandıran suallar zabit və miçmanlar tərəfindən cavablandırılıb.

Şagirdlər şəxsi heyət qarşısında vətənpərvərlik şeirləri və mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

Facebook