Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Məkkə şəhərinin əl-Əziziyə rayonunda türkiyəli həcc zəvvarlarının qaldığı oteldə yanğın meydana gəlib. Bu barədə Mülki Müdafiə mətbuat katibi Nayif əş-Şərif açıqlama verib. Açıqlamaya görə, hadisədə insan itkisi olmayıb.

Yanğına otelin 8 mərtəbəsindəki kondisioner şəbəkəsində nasazlığın səbəb olduğunun təxmin edildiyi qeyd olunub. Əksəriyyətini türkiyəli və yəmənli müştərilərin təşkil etdiyi və heç boş yer olmadığı bildirilən 600 nəfərlik otel təxliyə edilib. Müştərilərin otelə geri dönməyə hazırlaşdığı etdiyi bildirilib.