Məkkədə terror: Kamikadze özünü partlatdı

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.

"Reuters"-in verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının daxili işlər naziri bəyan edib.

Onun sözlərinə görə terrorçu-kamikadze "Əl-Haram” məscidində partlayış törətməyi planlaşdırıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı mühasirəyə aldıqda, o özünü partladıb. "AFP” agentliyinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar biri qadın olmaqla, 5 nəfər saxlanılıb.