"Əməkhaqqlarımız artdı, pensiyada da artım olmadı" - Deputat

"Deputatların əməkhaqqı artdı, amma pensiyada o artım olmadı. Bu məsələ həll ediləcək”.
 
"Report.az" verdiyi məlumata görə, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadı Rəcəbli bildirib.
 
H.Rəcəli bildirib ki, onlar bu artımı almalıdır, amma faktiki bu artım həyata keçməyib. 
 
"Yanvarın 1-dən pensiyada olan deputatların pensiyaları artacaq. Çünki əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək ” - deputat deyib.