Misirdə qatarlar toqquşub: 10 nəfər həlak olub

Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində on nəfər həlak olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən "Extra News" telekanalı məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində 15 nəfər xəsarət alıb.
 
Hadisə yerinə 30 təcili yardım maşını yollanıb. Hazırda qəzanın səbəbləri araşdırılır.