Misir məhkəməsi keçmiş prezident Mursiyə qarşı ittihamları ləğv edib

Misir məhkəməsi "Müsəlman Qardaşlar"ın 11 liderini "Həmas" üçün casusluq iddiası ilə ömürlük həbs cəzasına məhkum etdi. bu barədə AP xəbər verib

 

Məlumatda deyilir ki, Qahirə Cəza Məhkəməsində mühakimə olunanlar arasında "Qardaşlıq"ın rəhbəri Məhəmməd Badi də var.

 

Bu, 2011-ci il qiyamı zamanı kütləvi həbsxanadan qaçış ittihamı ilə keçən həftə ömürlük cəzaya məhkum edilmiş Badiyə qarşı verilən hökmlərdən sonuncusudur.

 

Məhkəmə, iş üzrə məhkəmə iclasında iyunda vəfat etmiş keçmiş prezident Məhəmməd Mursiyə qarşı ittihamları da ləğv edib.