Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

Telejurnalist Mirşahin Ağayev Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadə ilə telefonla danışıb.

Rakurs.tv-nin məlumatına görə, Mirşahin Ağayev bu barədə özünün facebook səhifəsində məlumat verib. 

Statusu olduğu kimi təqdim edirik: 

"Axşamınız xeyir, hörmətli tamaşaçılar, oxucular və dinləyicilər! Bir az əvvəl, daha doğrusu Bakı vaxtilə saat 23-25 də cənab Lütfi Zadə ilə telefonla danışdım. Nitqi əvvəlki kimi səlis olmasa da yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini dedi, ona görə narahat olanlara təşəkkürünü bildirdi... Dahi Yerlimizi yormaq istəmədim və danışığımız çox qısa olduğundan miras-vəsiyyət mövzusunda yersiz suallar vermədim! Hamıya salam duası var. Daha doğrusu onun salamı, bizim isə duamız! Məncə mövzunu qapamaq olar!"

345.JPG (47 KB)