Minsk-2019: Azərbaycan yığması medal siyahısında 20-ci yerdə qərarlaşıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının üçüncü gününə yekun vurulub.

Yarışın arxada qalan hissəsində 62 dəst medal sahibini tapıb.

Rusiya milli komandası medal siyahısında liderdir. Şimallılar 19-u qızıl olmaqla 39 mükafata yiyələniblər.