Mingəçevirdə şəhid bulağına sayğac qoyulub - Video

Mingəçevir şəhərində sakinlərin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa altı ay əvvəl sayğac quraşdırılıb.

ARB TV-nin məlumatına görə, şəhidin həyat yoldaşı Arzu Mustafayeva deyir ki, bulaqdan suyun gəlməsi üçün hər ay 5 manat ödəyir.

Qeyd edək ki, Mingəçevirin mərkəzində ümumilikdə altıdan çox şəhid bulağının suyu kəsilib. Şəhər su kanal idarəsindən bunu həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah edirlər.