Mingəçevirdə fəal və bloqer Elçin Həsənzadə saxlanılıb

Mingəçevirdə fəal və bloqer Elçin Həsənzadə saxlanılıb

Mingəçevirdə hüquq müdafiəçisi Elçin Həsənzadə saxlanılıb. “Məni polis idarəsinin 4-cü şöbəsinə aparırlar”, o, Turan agentliyinə bildirib.

O, saxlanmasını son vaxtlar yerli hakimiyyətə qarşı tənqidləri  ilə əlaqələndirib. Bundan öncə E.Həsənzadə bildirmişdi ki, onu “radikal jurnalist” kimi Mingəçevirdə sıxışdırırlar.

O bildirib ki, əsasən şəhər kommunal təsərrüfatı rəhbəri Şəhriyar Mustafayevin tapşırığı ilə kirayə  mənzilinin sahibindən E.Həsənzadəni çıxarmağı tələb ediblər.

Mingəçevir polisindən şərh almaq mümkün olmayıb.

Facebook