EURO : 1,8828 TRY : 0,2982 USD : 1,7 RUB : 0,0266
Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

İlham Hüseyn: 'Bu, hökumətin özünüifşasıdır'

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-də mitinq keçirmək müraciətinə rədd cavabı verib.

Bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat yayıb.

O, bildirib ki, icra hakimiyyəti aksiyanı mayın 26-da keçirməyi məqsədəuyğun hesab edir:

“Cümhuriyyətin 100 illiyi ilə bağlı mitinqə razılıq verməmək hökumətin özünüifşasıdır. Milli Şura da mayın 26-da mitinq keçirməkdən imtina edir və mayın 28-də Novxanıda bayram mitinqi keçirməyə qərar verib”.

Facebook