Milli Şuraya icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın piket keçirmək müraciətinə cavab verib.

Rakurs.tv-nin verdiyi xəbərə görə, BŞİH məktubunda qeyd edib ki, onların yerləşdiyi inzibati bina ilə Dövlət İqtisad Universitetinin arasında yerləşən yerdə oktyabrın 8-də saat 15-dən 16-dək piket keçirilməsinə etiraz etmirlər.