Milli Şuranın mitinqinə razılıq verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə baxıb və aksiyanın “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura sentyabrın 23-də saat 15:00-17:00-dək keçmiş “Məhsul” stadionunda mitinq keçirmək haqqında qərar verib.