Milli Şura üzvu polisə çağrılıb

Vahid Məhərrəmov ona qarşı təxribat hazırlandığını deyir

Bu gün Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü iqtisadçı-ekspert Vahid Məhərrəmov Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsinə çağrılıb. Vahid Məhərrəmova bildirilib ki, onun barəsində bölməyə şikayət daxil olub. Haqqında akt tərtib olunub.

Əməkdaşımız Vahid Məhərrəmovla əlaqə saxlayıb. O, məsələ ilə bağlı azadliq.info-ya bunları deyib: “Guya mən Əli kişini (ekspertin yaşadığı binada komendant vəzifəsində çalışır) və digər adamları təhqir etmişəm, hakimiyyətə gələcəyim halda, onları öldürəcəyimlə hədələmişəm, prezidentin ünvanına nəsə demişəm. Həmin akta da 8 nəfər ağsaqqal imza atıb. Amma belə bir hadisə baş verməyib. Mən deyilən ağsaqqalların kim olduğunu bilmirəm. Güman edirəm ki, bu növbəti bir təxribatdır”.