Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

 

Gündəliyə 19 məsələ daxil edilib.

 

Aprelin 9-da Hesablama Palatasının hesabatı təqdim olunacaq. Eyni zamanda gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən “Gömrük taarifi haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Balıqçılıq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”,  “İctimai iştirakçılıq haqqında”,  “Kənd təsərrüfatı kooperasiyaları haqqında”, “Avtomobil yolları haqqında”  və digər qanunlara dəyişikliklər daxil edilib.