Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub - SİYAHI

Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub. Komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

 

Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.

 

Yeni tərkibin parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında təsdiq ediləcəyi gözlənilir.

 

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.