Milli Məclisin deputatı Xocalı soyqırımına görə Moskvaya gedib

Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya paytaxtında səfərdədir.

Parlamentdən Trend-ə verilən məlumata görə, deputatımız Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə fevralın 25-də Moskvada keçiriləcək anım mərasimində iştirak edəcək.

R.Musabəyov tədbirə toplaşanlara Xocalı faciəsi barədə ətraflı məlumat verəcək.