EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Milli Məclisdə 12 pensioner deputat olacaq - SİYAHI

Milli Məclisdə 12 pensioner deputat olacaq - SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) 2020-ci ilin fevralın 9-da keçirilmiş parlament seçkilərinin yekun siyahısında millət vəkili seçilmiş şəxslər arasında bu dəfə də pensionerlər var.

 

Rakurs.tv olaraq həmin şəxslərin siyahısını təqdim edirik: 

 

1948- ci il təvəllüdlü Madər Musayev (10 saylı Binəqədi üçüncü seçki dairəsi) - bitərəf

 

1949- cu il təvəllüdlü İsa Həbibəyli (2 saylı Şərur seçki dairəsi) - YAP

 

1940- cı il təvəllüdlü Ziyad Səmədzadə ( 23 saylı Nəsimi-Səbail seçki dairəsi) -bitərəf

 

1945- ci il təvəllüdlü Eldar İbrahimov ( 4 saylı Naxçıvan şəhər seçki dairəsi) - YAP

 

1945- ci il təvəllüdlü Hüseynbala Mirələmov ( 33 saylı Xətai birinci seçki dairəsi) - YAP

 

1946- cı il təvəllüdlü Mixail Zabelin (34 saylı Xətai ikinci seçki dairəsi) - YAP

 

1947- ci il təvəllüdlü Vahid Əhmədov (52 saylı Quba seçki dairəsi) - bitərəf

 

1947- ci il təvəllüdlü Fəzail Ağamalı (60 saylı Salyan-Neftçala seçki dairəsi) - AVP

 

1946- cı il təvəllüdlü Sabir Rüstəmxanlı ( 61 saylı Neftçala seçki dairəsi) - VHP

 

1947- ci il təvəllüdlü Əhliman Əmiraslanov (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi) - YAP

 

1947- ci il təvəllüdlü Hadi Rəcəbli (74 saylı Lənkəran kənd seçki dairəsi) - YAP

 

1938-ci il təvəllüdlü Fəttah Heydərov ( 116 saylı Qəbələ seçki dairəsi) - bitərəf.

Facebook