EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq.

 

İclasda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi yekun müzakirələrə çıxarılacaq.

 

Qeyd edək ki, ümumilikdə Milli Məclisin noyabrın 27-də və 30-da keçirilən iclaslarının gündəliyinə 58 məsələ daxil edilib.

Facebook