`Microsoft` `Windows 7` əməliyat sistemi üçün texniki dəstəyi dəyandırıb

`Microsoft` `Windows 7` əməliyat sistemi üçün texniki dəstəyi dəyandırıb

Bu gündən "Windows 7" əməliyyat sistemi üçün texniki dəstək və yenilənmə dəyandırılıb.

 

Bu barədə "Microsoft" şirkətinin saytında xəbər verilib.

 

Xəbərdə deyilir: "10 illik fəaliyyətdən sonra, Windows 7 üçün dəstək yanvarın 14-dən etibarən dayandırılacaq. Keçidin çətin ola biləcəyini bilirik və bundan sonra nə ediləcəyinə dair tövsiyələrlə kömək etmək və texniki dəstəyin dayandırılması ilə bağlı suallara cavab vermək istəyirik."

 

Windows 7-də işləyən kompüterlər fəaliyyətini davam etdirəcək, lakin Microsoft artıq texniki dəstək göstərməyəcək və yeniləmələri buraxmayacaq. Şirkət, Windows 7 istifadəçilərinə OneDrive xidmətindən istifadə edərək fayl və fotoların surətlərini yaratmağı və Windows 10 əməliyyat sistemini istifadə etməyi tövsiyə edir.

 

Qeyd edək ki, Windows 7  22 oktyabr 2009-cu ildə buraxılıb.

Facebook