Mәhәrrәm Әliyevә yeni vәzifә verildi

Prezident sərəncam imzaladı

Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.

İyunun 5-də prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

<figure cs_fl_middle="" clearfix="" center-block"="" style="box-sizing: border-box; margin: 0px 0px 20px; font-family: Arial, Helvetica, sans-serif; font-size: 14px; text-align: start; background-color: rgb(255, 255, 255); max-width: 427px;">

 

Məhərrəm Əliyev

Məhərrəm Əliyev.

 

M. Əliyev buna qədər Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

Məhərrəm Əliyev 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

O, 2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

M.Əliyev 30 noyabr 2012-ci il tarixli sərəncamı ilə prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1 iyun  2017-ci il sərəncamı ilə vəzifəsindən azad olunub.