EURO : 1,8991 TRY : 0,294 USD : 1,7 RUB : 0,0271
Məhkəmə Razim Əmiraslanlını həbsdə saxladı

Məhkəmə Razim Əmiraslanlını həbsdə saxladı

Noyabrın 20-də Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlının apelyasiya şikayətinə baxılıb.
 
Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə başqan müavininin şikayəti təmin olunmayıb.
 
Razim Əmiraslanın vəkili Nemət Kərimli Toplum TV-yə deyib ki,  məhkəmə vəsatətlərin heç birini qəbul etməyib.
 
Məhkəmə prosesində  Razim Əmiraslanlı qeyd edib ki,  onun həbsi siyasi  xarakter daşıyır. 
 
"Onun həbs edilməsi  Müsavat Partiyasının noyabrın 10-na  təyin etdiyi piket və mitinqlə bağlıdır. Bugünkü məhkəmə prosesində isə  məsələni araşdırmaq üçün  vəsatətlər verildi. Vəsatətlərdən biri də polisin iddia etdiyi  avtobus sürüsünün arxasınca nalayiq ifadələr işlətməsi haqda oldu. Deyilən ərazidə yerləşən "Seval” marketinin qabağındakı videokameralardakı görüntülər, eləcə də şəxsin  polis bölməsinə daxil olarkən kameradakı video görüntüləri məhkəməyə təqdim etmələrini istədik, lakin vəsatətimiz təmin olunmadı.  Bununla da məhkəmə bir daha  sübut etdi ki, qərar siyasi xarakterlidir”.
 
Nemət Kərimli bildirib ki, inzibati qaydada saxlanılmış Razim Əmiraslanlının polis bölməsində əlinin qandallanması və ayaqqabılarının alınmasıyla bağlı da vəsatət qaldırılıb: "Konvensiyanın 3-cü maddəsinin pozulması məhkəmənin diqqətinə çatdırıldı. Məhkəməyə bildirildi ki, insan ləyaqətini alçaldan hərəkət edilib, digər tərəfdən də işgəncə əlamətləri var ki, 3-cü maddə tanınmalıdır. Lakin bu da təmin edilmədi”.
 
Razim Əmiraslanlı noyabrın 11-də saxlanaraq Binəqədi Rayon Məhkəməsinə aparılıb.
 
Məhkəmə Razim Əmiraslanlını İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinin tələblərini pozmaqda təqsirli bilib, onun barəsində 15 sutka inzibati həbs cəzası çıxarıb.

Facebook