Məhkəmə prezidentə qarşı qərar çıxardı

İyulun 13-də ABŞ məhkəməsinin hakimi Tramp administrasiyasının səyahət qadağasına qarşı qərar çıxarıb.
 
Qadağa altı müsəlman ölkəsindən gələnlərin ABŞ-da girişini müvəqqəti yasaqlayır, lakin yaxın qohumların Birləşmiş Ştatlara gəlməsinə icazə verir.
 
Havay ştatının paytaxtı Honolulu məhkəməsinin hakimi Derrik Vatson-un çıxardığı qərarda deyilir ki, ABŞ-da yaşayanın nənə-babaları, əmi-dayıları, xala-bibiləri və digər qohumları da ölkəyə gələ bilərlər. 
 
Administrasiya bunu yasaqlayırdı, yalnız həyat yoldaşlarını, valideynləri, övladları, nişanlıları, bacı-qardaşı yaxın qohum sayırdı.
 
Səyahət qadağası İran, Suriya, Somali, Liviya, Yəmən və Sudandan gələnlərə aiddir.
 
Honolulu məhkəməsi Havay ştatının xahişiylə adıçəkilən qohumların ölkəyə buraxılmasıyla bağlı xüsusi əmr çıxarıb.